Balakəndə qadın qətlə yetirilib

Hadisə

27.07.2022 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

Arvadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

İyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş