Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından əldə etmək olar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə artıq biletlərin satışına başlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib.
Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından əldə etmək olar.
ADY sərnişinlərə xoş və unudulmaz səfərlər arzulayır.