Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb - SİYAHI

Xəbərlər

02.02.2023 - 08:18

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə AYNA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hal-hazırda:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "Xırdalan dairəsi" istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;

8. Yusif Səfərov küçəsi,mərkəz istiqamətdə;

9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ayna.az