Bakıdan Naxçıvana aviareyslər təxirə salınıb

Cəmiyyət

04.01.2021 - 22:19

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən təxirə salınıb 

 

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Bu barədə AYNA-ya AZAL-dan bildirilib.

 

Hava şəraiti normallaşan kimi, bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək.

 

Xüsusilə sərnişinlərin nəzərinə çatdırılır ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaqdır.

 

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir.

Müəllif: Ayna.az