Bakıda yol qəzasında bir nəfər xəsarət alıb

Xəbərlər

25.05.2023 - 00:31

Hadisə yerinə polis əməkdaşları cəlb olunub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi olub.

AYNA APA-ya istinadən xəbər verir ki, qəza Kürdəxanı yolunda baş verib. "Kia" və "Toyota Prius" markalı" avtomobillər toqquşub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, iki minik maşının toqquşması nəticəsində bir nəfər yüngül xəsarət alıb. Hadisə yerinə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı tədqiqat araşdırması aparılır.

Müəllif: Ayna.az