1-ci mərtəbədəki obyektdə yanğın olub
Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan obyektin içərisində 2 ədəd məişət avadanlığı yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, yüksək temperaturdan lambirdən ibarət tavanı 1 m² sahədə əriyib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.