Müvafiq canlı qüvvə və texnika hadisə yerinə cəlb olunub
Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında yerləşən yaşayış binasında yanğın başlayıb.
AYNA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-ə 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.