Bakıda tikiş sexində yanğın olub

Xəbərlər

15.11.2023 - 04:36

1 ədəd dəzgah və 10 top parça yanıb

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 313 m² olan tikilinin (tikiş sexi və anbar kimi fəaliyyət göstərir) içərisində 1 ədəd dəzgah və 10 top parça yanıb.

Yüksək temperaturdan tikilinin lambirdən ibarət tavanı 223 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş