Bakıda sexdə yanğın olub

Hadisə

28.07.2025 - 18:09

Mebel sexinin tavanı yanıb

Bakının Xətai rayonunda yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli mebel sexinin taxtadan ibarət tavanı 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş