Bakıda qətl: kişi arvadını öldürüb

Hadisə

16.10.2023 - 16:21

Həkimlər Klinikalar SEO Xidməti

Cinayət hadisəsi qısqanclıq zəminində baş verib

Oktyabrın 16-da saat 14 radələrində paytaxtın Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Yaqut Himayət qızı Həşimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Anar Malik oğlu Həşimov könüllü olaraq polisə gələrək təslim olub. O, saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş