Bakıda qanunsuz tikililər sökülüb - VİDEO

Xəbərlər

11.11.2023 - 13:50

FHN söküntü işləri ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən AYNA-ya verilən məlumata görə, Binəqədi rayonu, Əcəmi Naxçıvani və Ağasadıq Gəraybəyli küçələrində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş