Ərazidə yerləşən fərdi yaşayış evləri yanğından mühafizə olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu Arif İsmayılov küçəsində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirlikdən AYNA-ya verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ərazidə yerləşən fərdi yaşayış evləri yanğından mühafizə olunub.