Bakıda moteldə yanğın olub

Hadisə

08.08.2025 - 11:26

Yanğın nəticəsində motelin 4 otağının yanar konstruksiyaları yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən moteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA.AZ-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 465 m² olan birmərtəbəli moteldə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində motelin 4 otağının yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş