Bakıda minik avtomobili yanıb

Hadisə

06.05.2024 - 03:18

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Binəqədi rayonunda “Land Rover” markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az