Bakıda mikroavtobusda yanğın - FOTO

Hadisə

18.06.2024 - 17:14

Həkimlər Klinikalar SEO Xidməti

"Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb

Bakının Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Excelsior" otelin qarşısıda mirkoavtobusda yanğın baş verməsi səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Heydər Əliyev prospektində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Nazirlikdən bildirilib ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

Bakıda mikroavtobusda yanğın - Bakıda mikroavtobusda yanğın - Bakıda mikroavtobusda yanğın -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət