67 yaşlı kişinin meyiti aidiyyəti üzrə təhvil verilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. AYNA xəbər verir ki, bu barədə FHN-nin saytı məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Mənzildə aşkarlanan 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.