Klinikanın kassiri şübhəli şəxs qismində saxlanılıb
Bakının Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, həmin tibb mərkəzindən polisə müraciət olunaraq kassadan 5 min manatın talandığı bildirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.