Bakıda klinikada qadın əməliyyatdan sonra ölüb

Hadisə

11.10.2025 - 14:33

Hadisə ötən gün axşam saatlarında "Premium Clinic"də qeydə alınıb

Bakıda özəl klinikada ölüm hadisəsi baş verib. AYNA.AZ "Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında "Premium Clinic"də qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Çimnaz Sahib qızı Bəşirova oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının halı qəfil pisləşib və orada dünyasını dəyişib.

Qadının ailəli olduğu bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş