Bakıda iki yaşlı uşaq bıçaqlandı: atası şübhəli şəxs qismində saxlanılıb

Hadisə

24.11.2022 - 11:56

Cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır

Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

Müəllif: Ayna.az