Bakıda əməliyyat: “patı” satan qadınlar saxlanılıb

Xəbərlər

27.02.2023 - 13:44

Tutulanlardan ikisi ana və qızıdır

Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində, xüsusən Nəriman Nərimanov prospekti (“Sovetski”) və Qədirli küçəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan M.Quliyeva, anası A.Quliyeva və A.Əliyeva tutulublar.

Saxlanılan şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş