Bakıda əl enerjisi ilə müalicə aparan özbək “həkim” saxlanılıb

Xəbərlər

11.03.2026 - 21:54

Sosial şəbəkədə onun qəbulunda izdiham yaşanması barədə görüntülər yayılıb

Bakıda özəl estetik klinikada əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, özbək əsilli İqbol Soliyev bir qədər əvvəl polis tərəfindən tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) məlumat təsdiqlənib.

Onunla bağlı araşdırma aparılır. Qeyd edək ki, özbək əsilli İqbol Soliyev “Bionurun sahibi” kimi təqdim olunur. Sosial şəbəkədə onun qəbulunda izdiham yaşanması barədə görüntülər yayılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş