Bakıda çoxmərtəbəli binada yanğın baş verib

Hadisə

18.07.2024 - 08:48

Həkimlər Klinikalar SEO Xidməti

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub

Bakıda yaşayış binasında yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş