Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirilib

Xəbərlər

02.12.2022 - 17:17

Təmir işləri yekunlaşdırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə hərəkəti təmin ediləcək

Səbail rayonu, Badamdar qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından 31 nömrəli marşrutun hərəkət sxemi üzrə son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdirilib.

AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri yekunlaşdırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə hərəkəti təmin ediləcək.

Müəllif: Ayna.az