Bakıda boş ərazidə yanğın olub

Hadisə

06.07.2023 - 13:18

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində boş ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. Bu barədə AYNA-ya FHN-dən bildirilib.

Qeyd edilib ki, nəlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunublar.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məişət tullantıları və quru ot iki hektar sahədə yanıb. Ərazinin plastikdən ibarət hasarı və ətraf ərazilər yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş