Bakıda avtomobil qəzası: bir nəfər ölüb

Hadisə

18.01.2023 - 13:38

Qəza nəticəsində iki nəfər xəsarət alıb

Dünən saat 20 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Şərifovun idarə etdiyi “Opel” və F.Orucovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, hadisə nəticəsində “KİA” markalı avtomobildə olan sərnişin - paytaxt sakini M.Qarayev hadisə yerində ölüb, sürücü və digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Hadisə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif: Ayna.az