Bakıda avtobus mağazaya çırpılıb

Xəbərlər

22.10.2022 - 22:26

cedabet dərman SEO Xidməti

BNA: "Hadisə nəticəsində heç bir xəsarət halı qeydə alınmayıb"

Bakıda marşrut avtobusu qəza törədib. BNA-dan AYNA-ya verilən məlumata görə, axşam saatlarında Nizami rayonu C.Naxçivanski küçəsində Bakubus MMC-nin istismarında olan 30 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “BMC” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib. Hadisə nəticəsində avtobusa və mağazaya ziyan dəysə də heç bir xəsarət halı qeydə alınmayıb. Bakı Nəqliyyat Agentliyi hadisə ilə bağlı araşdırma aparır, BakuBus MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş