Bakıda ana və qızı qətlə yetirilib

Hadisə

14.12.2019 - 11:18

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda dəhşətli qətl törədilib 

 

Bakının Sabunçu rayonunda ana və qızı qətlə yetirilib.

 

Baş Prokurorluqdan AYNA-ya verilən məlumata görə, hadisə dekabrın 13-də qeydə alınıb.

 

Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib. 

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş