Bakıda 53 nəfəri gün vurub

Xəbərlər

05.08.2025 - 15:56

Onlardan 28 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub

2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi cinsli olmaqla) müraciət edib. AYNA.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Onlardan 28 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib.

Bakı şəhəri üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb.

Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş