Bakıda 20 yaşlı qız yenə itkin düşüb - FOTO

Xəbərlər

02.04.2023 - 15:33

Atası polisə müraciət edib

Bakının Xəzər rayonunun Binə qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Əfsanə İsmayılova itkin düşüb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, qəsəbə sakini N.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, qızının yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmaması barədə məlumat verib.

İtkin düşən şəxsin Əfsanənin boyu 160 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları qaradır.

Ə.İsmayılova barəsində məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050 257-55-55, 012 590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Əfsanə İsmayılova bir neçə ay əvvəl də evdən çıxaraq naməlum istiqamətdə getmiş və itkin düşmüşdü. Həmin vaxt 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən axtarışlar nəticəsində onun yeri müəyyən edilmiş və Əfsanə tapılaraq ailəsinə təhvil verilmişdi.

Müəllif: Ayna.az