Bakı Şəhər Təhsil İdarəsi distant dərsləri izləyir

Xəbərlər

12.01.2021 - 14:36

Həkimlər Klinikalar SEO Xidməti

Layihə çərçivəsində dərs müşahidələrinin davamlı təşkili qərara alınıb

 

Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Virtual məktəbdə bir gün” layihəsi çərçivəsində distant dərslərin izlənilməsinə başlanılıb. İlk gün Bakı şəhərindəki 19, 49, 53, 67, 114, 182, 212, 220, 236, 245, 288 və 322 nömrəli tam orta məktəblər üzrə distant dərslər BŞTİ rəhbərliyi və idarənin əməkdaşları tərəfindən müşahidə olunub.

 

Bu barədə AYNA-ya BŞTİ-dən məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.

 

Sonra “Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulur.

 

Distant tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə layihə çərçivəsində dərs müşahidələrinin davamlı təşkili qərara alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş