Bakı-Quba yolundakı problem aradan qaldırılıb

Xəbərlər

12.01.2023 - 17:44

cedabet dərman SEO Xidməti

Hazırda ərazi agentliyin əməkdaşları tərəfindən nəzarət altında saxlanılır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində (92-95 kilometr, Bakı şəhəri istiqamətində) gecə saatlarında başlayan güclü külək nəticəsində yolun hərəkət hissəsi tamamilə qar ilə örtülüb. Qısa müddət ərzində küləyin təsirindən hərəkət tam olaraq məhdudlaşmışdı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, bu barədə məlumat daxil olan kimi dərhal əraziyə xüsusi təyinatlı texnikalar cəlb olunaraq yolun qardan təmizlənməsinə başlanılıb. Çətin hava şəraitinə baxmayaraq, yol qısa müddət ərzində qardan təmizlənib və avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Güclü külək gecədən səhər saatlarınadək davam etdiyi üçün ərazi boyunca xüsusi təyinatlı texnikaların köməyi ilə yolun hərəkət hissəsinin təmizlənməsi istiqamətində işlər fasiləsiz olaraq aparılıb. Gecə boyunca və səhər saatlarında görülmüş tədbirlər nəticəsində yol boyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Hazırda ərazi agentliyin əməkdaşları tərəfindən nəzarət altında saxlanılır. Problem yarandıqda, qısa müddət ərzində onun həlli istiqamətində müvafiq addımlar atılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş