Hadisə nəticəsində sürücü xəsarət alıb
Dünən axşam saatlarında Bakı-Rusiya Federasiyası sərhədi avtomobil yolunda qəza baş verib.
AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində aşan yük avtomobilinin sürücüsü xəsarət alıb və Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam edir.