Bakı metrosu fəaliyyətini bərpa edib

Xəbərlər

31.05.2021 - 06:24

Metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabrın 19-dan dayandırılmışdı

 

Bu gündən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir. AyNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti qəbul edib.

 

Qərara əsasən, saat 06:00-dan metro sərnişinlərin istifadəsinə açıq olacaq.

 

Lakin həftə sonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

 

Məlumat üçün bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabrın 19-dan dayandırılmışdı.

 

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.

Müəllif: Ayna.az