Bağçalarla bağlı yeni qaydalar hazırlanacaq

Xəbərlər

28.06.2022 - 17:06

Nazir: “Birinci mərhələdə əsas iş bağçalara şagird qəbulunun qaydaya salınmasıdır”

“Təhsil Nazirliyi bağçalarla bağlı diaqnostik qiymətləndirməni bitirib. Bizim bir neçə istiqamətdə işimiz gedir, bu məsələdə bu il üçün bir neçə proitet sahə var. Çünki bütün işləri birdən-birə görmək mümkün deyil”. AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, birinci mərhələdə əsas iş bağçalara şagird qəbulunun qaydaya salınmasıdır: “Şagird qəbulunun vahid platforma üzərindən həyata keçirilməsini istəyirik. Hazırda bununla bağlı ölkə üzrə məlumat bazası formalaşmamaqdadır. İkinci işimiz ilk dəfə müəllimlərin, tərbiyəçilərin bağçalara işə qəbulunun vahid formatda aparılmasıdır. Bunun da şəffaflığa, işə qəbul prosedurlarına daha səmərəli töhfə verəcəyinə inanıram. Mingəçəvir və digər şəhərlərdə bağça müdiri vəzifələri boşdur. Bir məsələ direktorların bağçalara işə qəbul prosesinin şəffalaşması və bunun müsabiqə əsasında aparılmasıdır. Bu prosesin yay ərzində aparılmasını planlaşdrırıq. Bağçalarla bağlı uşaqların qidalanma məsələsi daha çətin və vacib məsələlərdən biridir. Düşünürəm ki, bununla bağlı qaydalar köhnəlib, yeni qaydaların hazırlanması zamanı çatıb. Ancaq həmin qaydaları hazırlamaq zaman tələb edir və bunlar icra oluna bilən olmalıdır. Bu istiqamətdə işlərimiz davam edir”.

Müəllif: Ayna.az