Azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb

Xəbərlər

07.12.2022 - 16:36

Protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib

Azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Müəllif: Ayna.az