Azyaşlılara tütün məmulatı satanlar cərimələniblər

Xəbərlər

24.11.2023 - 12:13

6 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan altı mağaza cərimələnib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 6 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş