Azərbaycanlı qadın onlarla insanı koronavirusa yoluxdurub

Xəbərlər

23.03.2020 - 16:02

Həkimlər Klinikalar SEO Xidməti

Ən azından karantin müddətində maksimum ehtiyatlı olun!


Koronavirus Borçalıda vəziyyəti gərginləşdirib. Marneulidə xəstəxanada yatan bir qadında virus aşkar olunub. Rayonun iki böyük klinikası bağlanıb.

 

Bəlli olub ki, bu xanım iştirak etdiyi yas mərasimində, təxminən 200 nəfərlə kontaktda olub. Hələlik onlardan 90 nəfəri aşkar olunub.

 

Bu hadisə göstərir ki, virus ölkə daxilində "gəzişir". Həm Marneuli, həm də Bolnisidə sərt karantin tədbirlərinə qərar verilib, giriş-çıxış bağlanılıb. YDS-lər, aptek və ərzaq maqazinləri istisna olmaqla. bütün obyektlər bağlanılıb. Hər iki rayonda hərəkətlilik maksimum məhdudlaşdırılıb.


Orada doğmalarım yaşayır, doğulduğum torpaqdır, üzgünəm desəm, azdır.

 

Hamıya müraciət edirəm: dövlətin qoruyucu tələblərinə maksimum riayət edin! Özünüz də bu ağır günlərdə intizamlı olun! Zərurət olmadığı hallarda evdən çıxmayın! Ən azından karantin müddətində maksimum ehtiyatlı olun!


Tanrı köməyiniz olsun!

 

Vaqif Qarayev, pediatr

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş