Alimin 70 yaşı tamam olur
Prezident İlham Əliyev kimyaçı-alim Dilqəm Tağıyevlə bağlı sərəncam imzalayıb.
AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Dilqəm Bəbir oğlu Tağıyev “Şöhrət” ordeni ilə təltif edilsin".
Qeyd edək ki, kimyaçı alimi, AMEA-nın vitse-prezidenti, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru Dilqəm Tağıyevin 2020-ci il 6 yanvar tarixində 70 yaşı tamam olur.