Azərbaycanın mədəniyyət naziri Türkiyəyə gedir

Mədəniyyət

29.03.2022 - 12:20

Nazir bir sıra görüşlər həyata keçirəcək

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə gedir.

Bu barədə AYNA-ya nazirlikdən məlumat verilib.

"Səfər çərçivəsində Türkiyənin Bursa şəhərində 30-31 mart tarixində keçiriləcək Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TURSKOY) növbəti iclasında iştirak, həmçinin bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur", - nazirlikdən vurğulanıb.

Müəllif: Ayna.az