Tanınmış pianoçular konsert proqramı ilə çıxış edəcəklər
Sentyabrın 19-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış pianoçu və Beynəlxalq müsabiqələr laureatları Daniil Kirillov və Anna Rasinanın təqdimatında "Universum" adlı konsert proqramı təqdim olunacaq.
Filarmoniyadan AYNA-ya bildirilib ki, ilk dəfə Gəncədə keçiriləcək konsertdə gənc musiqiçilər V.A.Motsart, İ.S.Bax, L.V.Bethoven, P.Maskanyi, F.Mendelson, S.Raxmaninovun əsərlərini ifa edəcəklər.