Amerikada yaşayan azərbaycanlı qız – <font color=red> 9 yaşlı yazıçı</font>

Mədəniyyət

05.11.2019 - 15:13

Həkimlər Klinikalar SEO Xidməti

O, bəlkə də dünyada yaşayan ən azyaşlı azərbaycanlı yazıçıdır

 

Fatima Askerin cəmi 11 yaşı var. ABŞ-ın Şimali Karolina ştatında yaşayır. Hələ 3-cü sinifdə oxuyarkən ilk kitabı ABŞ-da ingilis dilində işıq üzü görüb. Bəlkə də dünyada yaşayan yaşca ən kiçik azərbaycanlı yazıçıdır.

 

O, 2008-ci ilin fevral ayının 12-də, qarlı, şaxtalı bir gündə, Kanadada dünyaya gəlib. Həmin gün termometrin şkalası mənfi qırx beş dərəcəni göstərirdi...

 

Hazırda Şimali Karolina ştatının Greensboro şəhərindəki tədris ocaqlarının birində 6-cı sinifdə oxuyan Fatima çox maraqlı qızdır. Yazıçılara xas olan keyfiyyətləri yetərincədir.

Ayna.az