"Milli məclisin kresloları işləmək üçün yox, istirahət üçün yaxşıdır"

Maraqlı

11.03.2020 - 15:25

Erkin Qədirli: "Sinif otağı kimidir, açıq müzakirələr üçün uyğun ortam havasını vermir"

 

REAL Partiyasının sədr müavini, altıncı çağırış Milli Məclisə deputat seçilmiş Erkin Qədirli Parlamentlə bağlı fikirləni bölüşüb. AYNA xəbər verir ki, E.Qədirli əvvəlcə Parlamentdəki dünənki fəaliyyəti barədə məlumat verib: 



Dünənki səsvermədə verdiyim səslər

 

- Milli Məclis sədrinin və onun müavinlərin seçkisində bitərəf qaldım

- Milli Məclis sədrinin 1-ci müavininin seçkisində lehinə səs verdim

- İntizam komissiyasının seçkisində əleyhinə səs verdim

- Komitə sədrlərinin və sədr müavinlərinin seçkisi toplam keçirildiyindən lehinə səs verməyə qərar verdim (ayrılıqda səsə qoyulsaydı, bəzilərinin əleyhinə səs verməyi düşünürdüm)

- Hesablayıcı Komissiyanın seçkisində bitərəf qaldım".

 

Milli Məclisdə oturduğum yerlə bağlı

 

Deputatlar oturduqları yerləri seçmirlər, yerləri Katibliyin ümumi şöbəsi təyin edir. Orada hər kəsin yalnız özünə aid elektron səsvermə kartı yerləşdirilir (kartı çıxarmaq olmaz). Axırıncı sırada otururam (məktəb illərimdən axırda oturmağı xoşlayıram). Yanımda Razi Nurillayev oturur".

Milli Məclisdəki kreslolarla bağlı

 

Həddindən artıq rahatdır. Heç uçaqların biznes-klassında belələri olmur. İrəli-geri, yuxarı-aşağı yönlərdə dəyişə bilirlər (elektron düymələri var). O kreslolar işləmək üçün yox, istirahət üçün yaxşıdır.

 

Milli Məclis zalının dizaynı ilə bağlı

 

Sinif otağı kimidir, açıq müzakirələr üçün uyğun ortam havasını vermir. Yerlər dairəvi amfiteatr şəklində düzülsə, yaxşı olar.

Müəllif: Ayna.az