Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb

Xəbərlər

01.06.2021 - 17:05

Koronavirus əleyhinə peyvənd olunanların sayı 2 milyon 312 min 715-ə çatıb

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 499 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 940, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7559 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 312 715, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 404 898, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 907 817 təşkil edir.

#

Müəllif: Ayna.az