Koronavirusa qarşı peyvəndlənmə ilə bağlı son məlumat açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə peyvənd vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, indiyədək vurulan vaksinlərin ümumi sayı 13 721 284, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 347 501, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 848 699, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 279 440, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 245 644 nəfər təşkil edir.