Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb

Xəbərlər

19.09.2022 - 17:37

cedabet dərman SEO Xidməti

Operativ Qərargah peyvəndləmə ilə bağlı məlumat yayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə peyvənd vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə heç bir mərhələ üzrə vaksinasiya aparılmayıb.

Vurulan peyvəndlərin ümumi sayı 13 881 406, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 379 391, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 032, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 374 921, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 261 062 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş