Azərbaycanda son sutkada COVID-19-dan ölən olmayıb

Aktual

19.09.2022 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

Daha 70 nəfər koronavirusa yoluxub, 83 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 70 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 819 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 050 nəfər müalicə olunaraq sağalıb, 9 886 nəfər vəfat edib, aktiv xəstə sayı 1 652 nəfərdir.

Ölkədə son sutka ərzində 1 788, hazırkı dövrədək isə 7 217 551 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş