Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar saxlanılıb

Xəbərlər

13.11.2023 - 17:37

Qanunsuz ov edən Küveyt vətəndaşları saxlanılıb

Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar cəzalandırılıb.

Bu barədə AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən Küveyt vətəndaşları saxlanılıb.

Xidmət rəsmisi Dünya Həsilova bildirib ki, faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş