Azərbaycanda leysan: Bəzi məntəqələrdən sel keçib

Aktual

15.08.2020 - 15:05

Həkimlər Klinikalar SEO Xidməti

Xəzər dənisində dalğanın hündürlüyü 3.8 metrə çatıb

 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 15-i səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

 

Xidmətdən AYNA-ya verilən məlumata görə, düşən yağışın miqdarı Kişçayda (Şəki) 56 (aylıq normanın 56 faizi), Sarıbaşda (Qax) 38 (aylıq normanın 32 faizi), Zaqatalada 36 (aylıq normanın 49 faizi), Şəki, Balakəndə 27 (aylıq normanın 36 faizi), Qrızda 22 (aylıq normanın 41 faizi), Oğuzda 17 (aylıq normanın 30 faizi), Qubada 14 (aylıq normanın 42 faizi), İsmayıllıda 10, Xaltanda 9, Qusarda 8, Qəbələdə 7, Şamaxıda 6, Gədəbəydə 5, Göyçay, Altıağacda 4, Mərəzədə 3, Astara, Daşkəsən, Şahbuz, Ordubadda 2, Naxçıvan, Ağdərə (Ordubad), Göygöl, Gəncə, Şəmkir, Tərtər, İmişli, Şabran, Bakı, Sumqayıtda 1 millimetr olub.

 

Leysan xarakterli yağış nəticəsində Balakən-Balakənçay, Talaçay-Zaqatala, Əyriçay-Başdaşağıl və Kürmükçay-İlisu məntəqələrindən sel keçib.

 

Şimal-qərb küləyi arabir Neftçala, Naftalanda 20, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 25, Ələtdə 24, Çilov adasında 21, Pirallahıda 20, Neft Daşlarında 19, Binə, Qum adasında 18, Bakı, Maştağada 15 metr/saniyəyədək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.

 

Havanın temperaturu Bakıda iqlim norması daxilində olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29°-dək, Aran rayonlarında 28-32°, dağlıq rayonlarda 19°-dək, Naxçıvan Muxtar Respublikasında 30-33° isti olub.

Müəllif: Ayna.az