“Buster” doza olunanların sayı 244 min 757 təşkil edir
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2999 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 271, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2148, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 231 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 710 006, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 346 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 713, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 271 363, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 244 757 təşkil edir.