Azərbaycanda fəlakətli zəlzələ gözlənilmir - RƏSMİ

Xəbərlər

06.02.2023 - 15:14

Qurban Yetirmişli: “Türkiyədəki zəlzələ dalğası Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz”

“Türkiyədə baş verən zəlzələnin episentri ilə ölkəmizə qədər məsafə 700-800 kilometrdir. Ona görə də həmin dalğanın təsiri Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz”.

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli keçirdiyi mətbuat konfransında deyib.

Q.Yetirmişli Azərbaycanda fəlakətli zəlzələnin gözlənilmədiyini də qeyd edib.

Müəllif: Ayna.az